Dünya · Yeni Çağ

Avropada qazın qiyməti son dörd ilin rekordunu yenilədi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada qazın qiyməti son dörd ilin rekordunu yenilədi - Yeni Çağ xəbəri üçün şəkil

Avropanın əsas qaz ticarət mərkəzlərindən biri olan Niderlanddakı TTF-də noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 043 dollara yaxınlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə “ICE Futures” birjasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, qazın qiyməti 1 042.9 dollara çatıb. Bu, əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə 2.1% çoxdur.

Səhər saatlarında isə kotirovkalar 1 000 kubmetr üçün 1 027.6 dollar səviyyəsində olub. Bu, 0.6% artım deməkdir.

Müqayisə üçün qeyd edək ki, qazın qiymətində tarixi rekord 2022-ci ilin yazının əvvəlində qeydə alınıb. Həmin vaxt qiymət 1 000 kubmetr üçün 3 892 dollara qədər yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑