Dünya · Yeni Sabah

Parisdə komendant saatı uzadıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parisdə komendant saatı uzadıldı xəbəri üçün şəkil

Paris polis prefekturası həftəsonu baş verən kütləvi iğtişaşlardan sonra paytaxtın bir sıra rayonlarında komendant saatının uzadıldığını rəsmən elan edib.

"Yeni Sabah" xəbər verir ki, qurumun "X" sosial şəbəkə hesabında yayımlanan qısa açıqlamada təhlükəsizlik tədbirləri nəticəsində ictimai asayişin bərpa olunduğu, lakin məhdudiyyətlərin zərurət yarandığı müddətdə qüvvədə qalacağı bildirilib.

Bu dəfə Parisdə komendant saatı bir saat gec - yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00-da) başlayacaq və çərşənbə günü səhər saat 06:00-dək (Bakı vaxtı ilə saat 08:00-dək) davam edəcək. Pepperoni pizza

Fransanın Baş naziri Sebastyen Lekornyu ölkənin digər şəhər və kommunalarında, o cümlədən Marsel və Bordoda da oxşar məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, həftəsonu Fransada yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən kütləvi aksiyalar sərt toqquşmalarla nəticələnib. Ədliyyə naziri Jerald Darmanenin məlumatına görə, oktyabrın 17-də baş verən iğtişaşlar zamanı təxminən 3 000 mağaza talan edilib, 2 500-dən çox şəxs saxlanılıb./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑