Dünya · Axar.az

Hörmüzdə neft tankeri yandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüzdə neft tankeri yandı xəbəri üçün şəkil

Hörmüz boğazının cənub dəhlizində İranın elan etdiyi qaydaları pozan neft tankeri yanıb.

Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Bu gün günortadan əvvəl Hörmüz boğazının şərq hissəsinə davamlı olaraq nəzarət edən və izləyən Hərbi Dəniz Qüvvələrinin monitorinq qrupları qadağan olunmuş zonada yanğına məruz qalan qayda pozan bir neft tankerini aşkar ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, qaydaları pozan bu neft tankeri əvvəlki xəbərdarlıqlara baxmayaraq, izləmə sistemlərini söndürüb və Hörmüz boğazının cənub dəhlizindəki qadağan olunmuş zonadan keçməyə cəhd edib:

“Koordinasiya edilməmiş hərəkətlərin nəticələrinə görə məsuliyyət qaydaları pozanların üzərinə düşür və bu, güvənsizliyin genişlənməsinə səbəb olur".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑