Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın əleyhdarları ilə polis arasında toqquşmalar şiddətlənib. Nümayişçilər hökumət başçısının iqamətgahına soxulmağa cəhd ediblər.
ATA agentliyi xəbər verir ki, aksiya iştirakçıları polislərə daş və "Molotov kokteyli" atıblar. Asayiş keşikçiləri isə nümayişçiləri iqamətgahdan uzaqlaşdırmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Tiranada baş verən iğtişaşlar artıq səkkizinci gündür davam edir. Oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında başlayan tələbə aksiyaları qısa müddət ərzində kütləvi siyasi etirazlara çevrilib. Nümayişçilər Edi Ramanın istefasını tələb edirlər. ///oxu.az///





