Dünya · Konkret.az

44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – “Paşinyan yenidən hazırlayır” | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – “Paşinyan yenidən hazırlayır” | KONKRET xəbəri üçün şəkil

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün 2031-ci ili son tarix kimi göstərməsi ölkədə siyasi müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, politoloq Benyamin Matevosyan Paşinyanın bu bəyanatını hakimiyyətdə qalmaq müddətini uzatmaq niyyətinə işarə kimi qiymətləndirib.

Politoloqun sözlərinə görə, Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanmalı və ratifikasiya edilməli olduğunu bildirməsi təsadüfi deyil.

Matevosyan xatırladıb ki, Ermənistanın baş naziri oxşar siyasi taktikadan 44 günlük müharibədən sonra da istifadə edib. Həmin dövrdə Paşinyan yeni siyasi gündəm irəli sürüb, ardınca isə növbədənkənar parlament seçkiləri keçirilib.

Ekspert bildirib ki, eyni ssenari yenidən təkrarlana bilər. Onun fikrincə, sülh müqaviləsinin imzalanmasının 2031-ci ilə qədər uzadılması məsələsi Paşinyanın gələcək siyasi planları və hakimiyyətdə qalmaq niyyəti ilə əlaqəli ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑