Dünya · Yeni Sabah

Məsciddə cinsi əlaqədə olmaqda ittiham edilən cütlük edam edildi - FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məsciddə cinsi əlaqədə olmaqda ittiham edilən cütlük edam edildi  - FOTOLAR xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanında Məkkədəki məsciddə cinsi əlaqədə olmaqda ittiham edilən Banqladeş vətəndaşı olan ər-arvad edam edilib. Onların cənazələri ölkələrinə göndərilib.

“Yeni Sabah” xəbər verir ki, Nəzrülislam Əbdülbasir və Siti Akter adlı ər-arvadın cənazələri Banqladeşə aparılıb. Məlumata görə, ər-arvad bir nəfərin şikayətindən sonra Səudiyyə Ərəbistanı polisi tərəfindən saxlanılıb. Məhkəmə ittihamların sübuta yetirildiyini əsas gətirərək onların edamına qərar verib. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi oktyabrın 14-də cütlüyün Məkkədə edam edildiyini açıqlayıb. Nazirliyin bəyanatında onların “əxlaqa zidd və iyrənc hərəkət” etdikləri iddia olunub. Müqəddəs torpaqlarda belə əməllərə yol verilməyəcəyi vurğulanıb. Məlumata görə, Səudiyyə Ərəbistanının məhkəməsi hadisəni “müqəddəs dəyərlərə hörmətsizlik”, eləcə də “dini təhlükəsizliyi pozmaq və fitnə-fəsad törətmək” kimi qiymətləndirib.

Hadisə beynəlxalq mediada məsciddə cinsi əlaqədə olmaq ittihamı ilə gündəmə gəlib. Lakin sonradan cütlüyün məsciddə cinsi əlaqədə olmadığı, kişinin həyat yoldaşının alnından öpdüyü barədə də iddialar yayılıb. Edam olunan ər-arvadın cənazələri Banqladeşə gətirildikdən sonra onlar üçün dəfn mərasimi keçirilib. Cütlüyün azyaşlı qızının dəfn zamanı ağladığını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Sezar pizza

Banqladeş hakimiyyəti vətəndaşlarının edamı barədə ətraflı məlumatlandırılmadıqlarını bildirib. Bu səbəbdən Səudiyyə Ərəbistanı rəhbərliyinə nota göndərilib.

 Əsmətxanım Rzazadə


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑