Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sabiq baş müşaviri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı Ertan Aydın saxlanılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Ertan Aydın Kapital Bazarları Şurası tərəfindən təqdim edilən hesabatlar və rəsmi müraciətlər əsasında aparılan istintaq çərçivəsində Ankarada saxlanılıb və İstanbula aparılıb. O, əvvəllər “Tera Holding” şirkətlər qrupunda yüksək vəzifə tutub.
Son əməliyyat zamanı daha dörd nəfər də saxlanılıb. Onların arasında "Tera Holding"in baş direktor müavini Seda Tarım "Kocabalkan" və "KUYAS" investisiya şirkətinin meneceri Abdullah Dal da var.
İş üzrə saxlanılanların sayı 31-ə çatıb.
Lalə, BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

