ABŞ prezidenti Donald Tramp hazırda Rusiya və Ukraynanın bir-birinin bütün enerji infrastrukturuna deyil, yalnız neft emalı zavodlarına zərbələri dayandırmaq barədə razılığa gəlməsinə diqqət yetirir .
“Axios” mənbələrə istinadən xəbər verir ki, Trampın bazar günü "enerji atəşkəsi"nə razılıq vermək barədə paylaşımı yalnız neft emalı zavodlarına aid olub: "Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib ki, müzakirə hər iki tərəfin neft emalı zavodlarına hücumları dayandırmaq barədə razılığa gələcəyi potensial razılaşma ilə bağlıdır. Tramp isə Zelenskinin bu şərtə əməl etməsini gözləyir".
Eyni zamanda, “Axios” yazər ki, məlumatlarına görə, tərəflər, Amerika prezidentinin iddialarının əksinə olaraq, hələlik belə öhdəliklər götürməyiblər: “Görünür, Tramp təkbaşına belə bir atəşkəsi təmin etməyə çalışır. Lakin Rusiya hələlik bu cür heç nəyə razı olmayıb. Lakin Ukrayna elektrik stansiyalarına zərbələrin endirilməsini də qadağan edən enerji atəşkəsinin tərəfdarıdır”.
Moskva təklifi nəzərdən keçirir. "Rusiya bunu nəzərdən keçirir. Onların bunu etməyə hazır olub-olmadığını tezliklə biləcəyik", - deyə Ağ Ev rəsmisi anonimlik şərti ilə portala bildirib.
ABŞ administrasiyasında o da bildirilib ki, plana əsasən, tərəflər neft emalı zavodlarına hücum etməsələr, razılaşmanı genişləndirməyə və atəşkəsi elektrik stansiyalarına və bütövlükdə enerji şəbəkəsinə şamil etməyə çalışmaq mümkün olacaq.
Neft emalı zavodları məsələsində iki tərəfin fərqli imkanları var. Ukrayna rəsmisi “Axios”a bildirib ki, onun ölkəsində yalnız bir neft emalı zavodu var və bu zavod dəfələrlə hücuma məruz qalıb və tam gücü ilə işləmir. Lakin Rusiyanın geniş neft emalı zavodları şəbəkəsi var.
Tahir TAĞIYEV




