Dünya · Bakı Xəbər

Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi. xəbəri üçün şəkil



İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa XİN sözçüsünün yazılı açıqlamasında deyilir ki, İran hakimiyyətinin Fransadakı orta məktəb etirazları ilə bağlı dezinformasiya kampaniyasına cavab olaraq, İranın Parisdəki səfiri Xarici İşlər naziri Jan-Noel Barrotun göstərişi ilə nazirliyə çağırılıb.

Qeyd olunur ki, səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yanlış məlumatların yayılmasının qəbuledilməz olduğu bildirilib. İranın Tehrandakı Fransa səfirini Xarici İşlər Nazirliyinə çağırmasının isə "heç bir əsası" olmadığı vurğulanıb.

Qeyd edək ki, iki gün əvvəl İran Fransanın Tehrandakı səfiri Pyer Koçarı 17 sentyabrda Fransada başlayan və müxtəlif şəhərlərə yayılan etirazlarla bağlı nazirliyə çağırıb. İran Koçara Fransanın insan hüquqları öhdəliklərini xatırladıb və Fransanı fransız xalqının fundamental insan hüquqlarına və azadlıqlarına, xüsusən də dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb.

Fransada 17 sentyabrda başlayan və müxtəlif şəhərlərə yayılan orta məktəb etirazlarında indiyə qədər 6500-dən çox insan saxlanılıb. Şagirdlər də daxil olmaqla 1000-dən çox insan yaralanıb.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑