Dünya · Publika.az

Məşhur adada meymunlar insanlara hücum edirlər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur adada meymunlar insanlara hücum edirlər xəbəri üçün şəkil

İndoneziyanın şimalındakı Bali adasında yerləşən Vanaqiri kəndinin sakinlərini vəhşi meymun dəstəsi qorxudur.

Publika.az xəbər verir ki, “Detik”in yerli təbiəti mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, primatlardan biri doqquz yaşlı məktəbli oğlana hücum edib.

Hadisə üçüncü sinif şagirdi məktəb tualetinə gedərkən baş verib. Heyvan qəfildən uşağa hücum edərək onu qolundan və belindən yaralayıb.

Oğlanın tibbi yardıma ehtiyacı yaranıb: həkimlər iki tikiş və profilaktik quduzluq peyvəndi vurublar.

Vanaqiri kəndinin başçısı I Made Suparontonun sözlərinə görə, primatlar uzun müddətdir ki, yerli sakinlər üçün ciddi problemlər yaradır, internet kabellərinə zərər verir və dini mərasimlərə müdaxilə edirlər.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑