Dünya · Globalinfo.az

Orduya əmr verildi: ABŞ İrana hücum edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Orduya əmr verildi: ABŞ İrana hücum edə bilər xəbəri üçün şəkil

ABŞ-ın Yaxın Şərqdəki hərbçilərinə İrana qarşı zərbələrin yenidən başlaya biləcəyi ehtimalına hazırlaşmaq əmri verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Bir neçə gün əvvəl Pentaqon ABŞ Mərkəzi Komandanlığına İranda genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlığı başa çatdırmağı tapşırıb”, – deyə nəşr yazıb.

Qeyd olunur ki, Pentaqonun direktivində yeni zərbələrin başlanması üçün konkret tarix göstərilməyib və ABŞ Prezidenti Donald Tramp hələlik yekun qərar qəbul etməyib.

Lakin “Axios” mənbələri bildiriblər ki, bu, ABŞ-da aralıq seçkilər və İsraildə parlament seçkiləri keçirilməzdən əvvəl baş verə bilər.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑