Dünya · Publika.az

Rubio Türkiyənin qonşusunu təriflədi: Sabitlik mənbəyidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio Türkiyənin qonşusunu təriflədi: Sabitlik mənbəyidir xəbəri üçün şəkil

ABŞ Dövlət katibi Marko Rubio Yunanıstanla bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Rubio Afinada keçirilən 6-cı ABŞ-Yunanıstan strateji dialoqunun açılışında çıxış edərək iki ölkə arasındakı ittifaq və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O, Yunanıstanın ABŞ üçün güclü və nümunəvi NATO müttəfiqi olduğunu bildirib.

“Yunanıstanla ittifaqımız qeyri-sabit dünyada sabitlik mənbəyidir”, - deyə Rubio qeyd edib.

ABŞ dövlət katibi Yunanıstanın kütləvi miqrasiya və insan alveri ilə bağlı təhdidlərlə üzləşdiyini bildirib. O, həmçinin enerji təchizatında alternativ marşrutların əhəmiyyətini vurğulayaraq, bu sahədə Yunanıstanla əməkdaşlığın vacibliyini qeyd edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑