Oktyabrın 29-da Ermənistan parlamentinin iclasında hakim Vətəndaş Müqaviləsi Partiyasının üzvləri ilə müxalifətdəki “Güclü Ermənistan” blokunun üzvləri arasında baş verən mübahisə, daha sonra kütləvi davaya çevrilib.
Parlament üzvləri yumruq və ayaqla davaya çıxıblar. Bütün hadisə canlı yayımlanıb. Parlament spikeri Ruben Rubinyan açıq şəkildə bildiribki, xalqın baş verənləri görməsi üçün yayımı dayandırmayacaq.
Partiya üzvləri arasında başlayan dava dəhlizdə də davam edib. Təhlükəsizlik işçiləri, eləcə də digər parlament üzvləri onları ayıra bilməyiblər.
Vətəndaş Müqaviləsi Partiyasından qəzəblənmiş deputat Roman Ambartsumyan "Sizlərdən birinin köməkçisi özünü pis apardı, sizə göstərəcəyəm" deyib. "Mülki müqavilə"dən Artur Ovannisyan isə raqiblərinə hücum edərək "Ayaqlarını sındıracağam" deyib.
Tahir TAĞIYEV




