Dünya · Azxeber.com

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb xəbəri üçün şəkil
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın sərt bəyanatlarından dərhal sonra Böyük Britaniyanın baş naziri ilə telefon danışığı aparıb.
Zelenski Britaniya hökumətinin başçısına Rusiyanın Ukrayna şəhərlərinə aviabombalar, pilotsuz uçuş aparatları və ballistik raketlərlə davam edən hücumları barədə məlumat verib.
Ukrayna prezidenti Londonun ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, əhalinin müdafiəsi və Avropanın təhlükəsizliyinin gücləndirilməsi üçün konkret qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑