Dünya · Azxeber.com

Yaponiyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb xəbəri üçün şəkil
Yaponiyanın Kyuşu adasının cənub-şərq sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Yaponiyanın seysmoloji xidmət funksiyalarını da yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı okean dibinin altında, səthə çox yaxın dərinlikdə yerləşib. Yeraltı təkanlar Kaqoşima və Miyazaki prefekturalarında evlərin silkələnməsinə səbəb olub.
İlkin məlumata görə, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Nəqliyyatın hərəkəti adi rejimdə davam edir.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑