Dünya · Azxeber.com

Ukraynada keşiş 3 nəfəri güllələyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada keşiş 3 nəfəri güllələyib xəbəri üçün şəkil
Ukraynanın Zakarpatye vilayətinin Vışkovo qəsəbəsində atışma olub, 3 nəfər ölüb.
Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Məlumata görə, daha əvvəl keşişi kimi xidmət etmiş 45 yaşlı şəxs əvvəlcə yerli sakinin həyətinə daxil olaraq ev sahibi və onun həyat yoldaşına bir neçə dəfə atəş açıb. O, daha sonra küçəyə çıxaraq yoldan keçənlərə atəş açıb.
Atışma nəticəsində 62 və 64 yaşlı iki kişi hadisə yerində ölüb. Daha sonra 86 yaşlı qadın xəstəxanada aldığı güllə yarasından həyatını itirib.
İki nəfər isə xəsarət alıb.
Polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb. Hadisənin mümkün motivləri arasında məişət münaqişəsi və xuliqanlıq versiyaları araşdırılır.
Axtarışlar zamanı onun yaşadığı evdə və xidmət etdiyi kilsənin ərazisində qeydiyyatsız ov tüfəngi, tapança və patronlar, həmçinin ilkin olaraq çətənə olduğu ehtimal edilən maddə aşkarlanıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑