Dünya · Yeni Çağ

Zelenski Avropadan böyük maliyyə dəstəyi istədi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Avropadan böyük maliyyə dəstəyi istədi - Yeni Çağ xəbəri üçün şəkil

Gələn il Ukraynaya müdafiə, silahlanma və dayanıqlığının təmin edilməsi üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstək lazım olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalındakı paylaşımında bildirib.

“2027-ci ildə müharibə 155 milyard avroya başa gələcək. Və sizdən bizə əlavə olaraq ən azı 70 milyard avro lazımdır: müdafiəyə, silaha və bizim dayanıqlığımıza. Bu, real məbləğdir”, – Zelenski Aİ liderləri ilə görüşündəki çıxışında bildirib.

Onun sözlərinə görə, əlavə maliyyələşmə Ukraynaya Rusiyanın qarşısını almağa və onun iqtisadiyyatına təzyiqi artırmağa imkan verəcək.

Zelenski həmçinin Aİ-ni 2028-ci ildən başlayaraq ittifaqın büdcəsində Ukrayna ordusunun və müdafiə texnologiyalarının Avropanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni nəzərə almağa çağırıb.

“Məhz Ukraynanın gücü, ordumuz və texnologiyalarımız Avropanın, eləcə də sizin təhlükəsizliyinizin təmin olunmasına kömək edir”, – Ukrayna Prezidenti bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑