Dünya · Azxeber.com

Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib xəbəri üçün şəkil
Ukrayna Müdafiə Qüvvələri oktyabrın 18-də və 19-na keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı "Telegram”da məlumat yayıb.
Bildirilib ki, Bryansk vilayətinin Trubçevsk rayonunda Rusiyaya məxsus radiolokasiya stansiyası vurulub.
Məlumata görə, Xarkov vilayətinin Liman Pervıy yaşayış məntəqəsi ərazisində Rusiya ordusunun artilleriya atəş mövqeyi və PUA heyətinin mövqeyi də vurulub.
Donetsk vilayətində sursat və maddi-texniki təminat anbarına, həmçinin Rusiya hərbçilərinin canlı qüvvəsinin cəmləşdiyi mövqelərinə zərbələr endirildiyi qeyd olunub.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑