Dünya · Azxeber.com

Tramp noyabrda Kim Çen Inla görüşə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp noyabrda Kim Çen Inla görüşə bilər xəbəri üçün şəkil
ABŞ prezidenti Donald Tramp noyabr ayında Asiyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib.
Tramp bu barədə Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Bəlkə də. Bu, maraqlı olardı, elə deyilmi? Mən onunla yaxşı münasibətdəyəm”, - Tramp deyib.
Qeyd edək ki, Tramp 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək niyyətində olduğunu təsdiqləyib.
"South China Morning Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp 16-18 noyabrda Filippində keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində də iştirak etməyi planlaşdırır.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑