Dünya · Azxeber.com

Türkiyədə 20 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə 20 nəfər saxlanılıb xəbəri üçün şəkil
Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, əməliyyata 70 qrup, 3 xüsusi təyinatlı dəstə, 350 əməkdaş, 2 pilotsuz uçuş aparatı və 5 narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb.
Əməliyyat zamanı saxlanılan 27 şübhəlidən 3-ü polis idarəsindəki prosedurlardan sonra sərbəst buraxılıb. Məhkəməyə göndərilən 24 nəfərdən 4-ü barəsində polisin nəzarəti altında qalma qətimkan tədbiri seçilib, 20 nəfər isə həbs edilərək istintaq təcridxanasına göndərilib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑