Sosial · Azxeber.com

Saatlıda avtomobil işıq dirəyinə çırpılıb, sərnişin ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Saatlıda avtomobil işıq dirəyinə çırpılıb, sərnişin ölüb xəbəri üçün şəkil
Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.
2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobili Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑