Dünya · Azxeber.com

Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib xəbəri üçün şəkil
Rusiya Böyük Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bildirib ki, qərar Londonun Moskvaya qarşı yürütdüyü düşmənçilik siyasətinə cavab olaraq qəbul edilib.
Rusiya XİN-in açıqlamasında Böyük Britaniyanın hərbi sənaye kompleksi üçün "müdafiə dividendi” barədə bəyanatlarının Londonun Ukraynaya münasibətdə mənfəətə əsaslanan yanaşmasını nümayiş etdirdiyi iddia olunub.
Nazirlik həmçinin Londonu özəl Britaniya şirkətlərinin maliyyə maraqları naminə Ukraynanın dövlətçiliyini qurban verməkdə ittiham edib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑