Dünya · Azxeber.com

Quterreş İrəvana gəlir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quterreş İrəvana gəlir xəbəri üçün şəkil
BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının (COP17) 17-ci Tərəflər Konfransında yüksək səviyyəli tədbirlərdə iştirak etmək üçün 15-16 oktyabr tarixlərində İrəvana səfər edəcək.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, səfəri zamanı o, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Dünya Liderlərinin Biomüxtəliflik üzrə Zirvə Toplantısı 16 oktyabrda İrəvanda keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, elm adamları və digər maraqlı tərəflər təbiəti qorumaq və bu sahədə qlobal öhdəliklərin yerinə yetirilməsini sürətləndirmək üçün tədbirləri müzakirə edəcəklər.
Əsas COP17 konfransı 19-30 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.   ///unikal.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑