Dünya · Trend.az

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb xəbəri üçün şəkil

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusuna yoluxma nəticəsində 4 381 nəfər ölüb, yoluxma hallarının sayı isə 9066-ya çatıb.

Bu barədə “Associated Press” agentliyi ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadla bildirib.

Məlumata görə, sentyabrın sonunda ölkədə 3 900 ölüm və 8 000 yoluxma halı qeydə alınmışdı. Ölüm hallarının artması səhiyyə işçiləri və dövlət rəsmiləri arasında narahatlıq yaradıb. Bildirilir ki, ölüm hallarının əhəmiyyətli hissəsi tibb müəssisələrindən kənarda baş verir.

“Ebola” epidemiyası mayın 15-də KDR-in İturi əyalətində elan edilib. Sonradan xəstəlik ölkənin digər əyalətlərinə və qonşu Uqandaya yayılıb.

ÜST-nin qiymətləndirməsinə görə, hazırkı epidemiya sürətlə yayılması ilə diqqət çəkir və 11 mindən çox insanın həyatına son qoymuş əvvəlki böyük “Ebola” epidemiyasının miqyasına çata bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑