Dünya · Teleqraf

Tayvan ABŞ-dən 20 il qaz alacaq: 4,4 milyard dollarlıq sərmayə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tayvan ABŞ-dən 20 il qaz alacaq: 4,4 milyard dollarlıq sərmayə xəbəri üçün şəkil

BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Alyaska ştatında həyata keçirilən enerji layihəsi çərçivəsində Tayvana 20 il müddətində təbii qaz tədarükünə dair razılıq əldə olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Alyaskada Konqresə aralıq seçkilərlə bağlı keçirilən mitinqdə danışıb.

ABŞ liderinin sözlərinə görə, Tayvan layihə çərçivəsində boru kəməri vasitəsilə nəql ediləcək təbii qazın 30 faizini almağa razılıq verib.

“Tayvan növbəti 20 il ərzində boru kəmərindən daxil olacaq qazın 30 faizini almağa razılaşıb. Bu, tarixdə ən böyük sövdələşmələrdən biridir”, – Tramp bildirib.

Prezident qeyd edib ki, razılaşma Tayvanın layihəyə 4,4 milyard dollar sərmayə yatırmasını da nəzərdə tutur.

“Onlar bunun üçün ödəniş edəcəklər. Bu isə layihənin növbəti 20 il ərzində uğurunu təmin edəcək”, – ABŞ lideri vurğulayıb.

Tramp əlavə edib ki, Cənubi Koreya da daha əvvəl Alyaskada mayeləşdirilmiş təbii qaz istehsalı layihəsinə təxminən 50 milyard dollar investisiya qoymağa razılıq verib.

Layihə çərçivəsində təxminən 1300 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi planlaşdırılır.

Bununla belə, Tramp Tayvanla əldə olunduğunu bildirdiyi razılaşmanın digər şərtləri barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, ABŞ 1979-cu ildə Tayvanla rəsmi diplomatik münasibətləri dayandıraraq Çin Xalq Respublikası ilə diplomatik əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanısa da, Tayvan administrasiyası ilə qeyri-rəsmi əlaqələrini, o cümlədən iqtisadi və hərbi əməkdaşlığını davam etdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑