Dünya · Təzadlar

80 işçi qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib - İzmirdə - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
80 işçi qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib - İzmirdə - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

İzmirin Kemalpaşa rayonunda bir iaşə şirkətinin xidmət göstərdiyi müxtəlif müəssisələrdə çalışan 80 işçi qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət edib. Şirkət tərəfindən paylanan yeməkləri yeyən işçilərdə ürəkbulanma və qusma hissləri yaranıb.

Tezadlar.az xəbər verir ki, eyni şirkətdən yemək alan digər müəssisələrdə də oxşar şikayətlərdən sonra 80 işçinin qida zəhərlənməsi şübhəsi ilə tibbi yardıma müraciət etdiyi məlum olub.

İzmir və Manisadakı xəstəxanalarda müalicə alan işçilərin həyati təhlükəsi olmadığı bildirilir.

Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin qrupları iaşə şirkətindən qida nümunələri götürərək analiz üçün laboratoriyaya göndəriblər.

Hadisə ilə bağlı araşdırma başlanıb.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑