Dünya · Teleqraf

Braziliya Prezidenti 2,5 milyard dollarlıq borcu silməyi vəd edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Braziliya Prezidenti 2,5 milyard dollarlıq borcu silməyi vəd edib xəbəri üçün şəkil

BAKI, 14 oktyabr. TELEQRAF

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva yenidən seçiləcəyi təqdirdə fərdi sahibkarların dövlətə olan 12,6 milyard real (təxminən 2,5 milyard dollar) məbləğində borclarının tam silinməsini nəzərdə tutan genişmiqyaslı dəstək proqramı həyata keçirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN Brasil telekanalı məlumat yayıb.

Məlumata görə, təşəbbüs oktyabrın 25-də keçiriləcək prezident seçkilərinin ikinci turuna 12 gün qalmış təqdim edilib.

Proqram çərçivəsində dövlətin fərdi sahibkarların kommersiya banklarına vaxtı keçmiş kredit borclarını satın alması nəzərdə tutulur. Bu mexanizm sahibkarlara borclarını 90 faizdən çox güzəştlə ödəmək imkanı yaradacaq.

Bundan başqa, kiçik biznesin inkişafı üçün hər sahibkara 5 min realadək (təxminən 1000 dollar) geri qaytarılmayan subsidiya ayrılması planlaşdırılır. Vəsait avadanlıq alınmasına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.

Hökumət fərdi sahibkarlar üçün güzəştli vergi rejiminin şərtlərini də dəyişməyi təklif edir. Hazırda bu rejimdən illik dövriyyəsi 81 min realı keçməyən sahibkarlar yararlana bilir. Parlamentə təqdim edilən qanun layihəsində həmin həddin 2028-ci ilədək mərhələli şəkildə 140 min reala (təxminən 28 min dollar) çatdırılması nəzərdə tutulur.

CNN Brasil təşəbbüsün hakimiyyətin kiçik biznes nümayəndələrinin dəstəyini qazanmağa çalışdığı bir dövrdə irəli sürüldüyünü qeyd edib.

Nəşrin təqdim etdiyi nəticələrə əsasən, oktyabrın 4-də keçirilmiş prezident seçkilərinin birinci turunda müxalifətçi senator Flaviu Bolsonaro 47,03 faiz, Lula da Silva isə 45,16 faiz səs toplayıb.

Namizədlərdən heç biri qələbə üçün tələb olunan 50 faizdən çox səs qazana bilmədiyindən seçkilərin ikinci turu oktyabrın 25-nə təyin edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑