Dünya · Azxeber.com

Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb xəbəri üçün şəkil
Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması məsələləri üzrə danışıqlar komissiyası təyin edib.
AZXEBER.COM yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi portalında bildirilib.
Komissiyaya Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin həmsərhəd ölkələr idarəsinin rəisi (hazırda sədr vəzifəsini icra edən Avetik Arutyunyan) rəhbərlik edəcək. Həmçinin, komissiyanın tərkibinə nazirliyin qeyd olunan idarəsindəki sərhədin delimitasiyası məsələləri üzrə şöbənin rəisi də daxil olacaq.
Komissiyanın tərkibinə həmçinin respublika Silahlı Qüvvələri Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin məsləhətçilərindən biri, sərhəd qoşunları şöbəsinin rəisi də daxil olmaqla Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı, eləcə də Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin şöbələrindən birinin rəisi daxil olacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑