Dünya · Azxeber.com

Mask 'həddini aşdığını' etiraf edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mask 'həddini aşdığını' etiraf edib xəbəri üçün şəkil
Amerikalı sahibkar, əvvəllər Hökumətin Səmərəliliyinin Artırılması Departamentinə (DOGE) rəhbərlik etmiş İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı işin onu həddindən artıq cəzb etdiyini etiraf edib.
Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında bildirib.
"Əla idi, mən mühüm qərarların qəbul edildiyi anlarda Oval kabinetdə olurdum, bəzən baş verənlərə təsir edə bilirdim. Amma mənə elə gəlir ki, mən daha çox kölgədə qalmalı və orada bir və ya iki ay olmalı idim, çünki bu müddət ərzində əksər şeyləri anlamaq olar", - o bildirib.
Jurnalist Maskdan hakimiyyətdə olmağın onu "həddindən artıq cəzb etdiyini" düşünüb-düşünmədiyini soruşub.
"Bəli, məncə, bu, doğrudur. Əslində, mən "həddimi aşdım", - milyarder cavab verib.
Mask 2025-ci ildə bir neçə ay DOGE-yə rəhbərlik edib və ictimai əsaslarla fəaliyyət göstərən, xüsusi statuslu ABŞ dövlət qulluqçusu olub.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑