Siyasət · Azxeber.com

Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub xəbəri üçün şəkil
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Maldivin incəsənət, mədəniyyət və irs naziri Hina Valid arasında ikitərəfli görüş keçirilib.
Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə həmkarına təşəkkürünü bildirib.
Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son illərdə dinamik inkişaf edir. Bu ilin aprel ayından Azərbaycan və Maldiv arasında qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejimin tətbiq edilməsi münasibətlərin inkişafında yeni mərhələdir.
Nazir Hina Valid Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini deyib, Forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.  



BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑