Siyasət · Bakı Xəbər

Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı... xəbəri üçün şəkil



Təbriz Musayev: “Bunun nəticəsidir ki, Ermənistanı himayə edən dövlətlər, xarici dairələr mane ola bilmədilər”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycanın nəyə görə BMT-nin 51-ci maddəsinə əsaslanaraq məsələni həll etdiklərini belə əsaslandırdı:

“Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Azərbaycan məhz BMT-nin müvafiq maddəsinə söykənərək ərazilərin güc yolu ilə azad edilməsinə qərar verdi: “Həqiqətən də Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edərkən hüquqi cəhətdən məhz BMT Nizamnaməsinin 51-ci maddəsini (fərdi özünümüdafiə hüququnu) əsas götür hərbi əməliyyatlara başlayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğal edilməsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnamə ölkəmizin mövqeyini hüquqi və siyasi baxımdan möhkəmləndirib. Məsələ ondadır ki, BMT Nizamnaməsinin 51-ci maddəsi təşkilata üzv olan hər bir dövlətə xarici təcavüzə məruz qaldıqda fərdi və ya kollektiv şəkildə təbii özünümüdafiə hüququnu tanıyır. Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan işğalına və BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməmiş qalan 4 qətnaməsinə (822, 853, 874, 884) istinad edərək, öz torpaqlarında apardığı hərbi əməliyyatların tamamilə beynəlxalq hüquqa uyğun olduğunu bəyan edib. Bunun nəticəsidir ki, Ermənistanı himayə edən dövlətlər, xarici dairələr mane ola bilmədilər. Həm ölkəmizin gücü, həm də beynəlxalq hüququn Azərbaycanın tərəfində olması şanlı qələbəmizi təmin etdi. Üstəlik, Ermənistan daxil dünyada heç bir dövlət Qarabağ separatçılarının “müstəqilliyini” tanımadı. Hesab edirəm ki, bu da diplomatiyamızın uğuru idi”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑