Siyasət · Bakı Xəbər

30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...  Prezident açdı... xəbəri üçün şəkil



Arzuxan Əlizadə: “Xalqımızın qətiyyəti, dövlətimizin gücü mənfur planları pozdu”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın:

“Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, həmsədr dövlətlər Azərbaycanı işğalla barışmağa sövq edirdilər: “ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) fəaliyyətdə olduqları 30 ilə yaxın müddətdə münaqişənin həllinə deyil, mövcud status-kvonun qorunub saxlanmasına və faktiki olaraq Azərbaycanı təslimçilik sülhünə sürükləməyə çalışıblar. Onların Qarabağla bağlı ümumi siyasəti bunun üzərində qurulmuşdu. Bu illər ərzində Minsk qrupunun irəli sürdüyü bəzi təkliflər Azərbaycanın suverenliyinə zidd olduğu üçün ölkəmiz tərəfindən rədd edildi. Həmsədrlər tərəfləri davamlı olaraq atəşkəsi qorumağa çağırırdılar. Ancaq işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymurdular. Bununla faktiki olaraq Bakını güzəştə getməyə məcbur etmək istəyirdilər. Ancaq bütün bunlara baxmayaraq nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz işğalla barışmağı yaxın buraxmadı. Xalqımız bütün məhrumiyyətlrə dözdü. Dövlətimiz müharibəyə hazırlaşdı və uyğun zəmin formalaşan kimi, Ali Baş Komandan torpaqların azad edilməsi əmrini verdi. Xalqımızın qətiyyəti, dövlətimizin gücü mənfur planları pozdu. Azərbaycan bu təslimçilik basqılarına boyun əyməyərək 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü, suverenliyini hərbi-siyasi yolla tam bərpa etdi”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑