Siyasət · Azxeber.com

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib xəbəri üçün şəkil
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib.
AZXEBER.COM bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə Sudanın mədəniyyət, informasiya və turizm naziri Xalid İsmayıl Əhməd ƏLi arasında görüş keçirilib.
Adil Kərimli Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, eləcə də beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑