Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər.
Bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib.
Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı Cənubi Ubangi əyaləti ilə həmsərhəddir.
Son məlumatlara görə, Konqo Demokratik Respublikasında laboratoriyada Ebolaya yoluxma hallarının təsdiqlənmiş sayı 9144-dür. ///report///




