Dünya · Azxeber.com

Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək xəbəri üçün şəkil
İtaliya hökuməti ötən istirahət günləri şəhərdə baş vermiş kütləvi iğtişaş və talanlardan sonra ictimai asayişi təmin etmək üçün Milana 500 hərbi qulluqçu göndərəcək.
"Il Messaggero" qəzeti xəbər verir ki, müvafiq fərmanın oktyabrın 20-də Nazirlər Şurasının növbədənkənar iclasında təsdiqlənməsi planlaşdırılır.
Qərar baş nazir Corcia Meloninin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə keçirdiyi müşavirənin yekunlarına əsasən qəbul edilib.
Hərbi qulluqçular təhlükəsizlik tədbirlərini gücləndirmək və hüquq-mühafizə orqanlarına dəstək göstərmək üçün Milana göndəriləcək.
Nəşrin məlumatına görə, şəhərin ticarət sektoruna, o cümlədən Milanın mərkəzindəki mağaza və barlara dəymiş ziyan 700 milyon avro həcmində qiymətləndirilir.
Əhəmiyyətli zərərlər təkcə vandalizm aktları, talançılıq və qarətlərlə deyil, həm də iğtişaşlar zamanı mağaza və restoranların məcburi bağlanması ilə əlaqədardır.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑