Dünya · Azxeber.com

Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı xəbəri üçün şəkil
Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən kütləvi etirazlar zamanı baş verən iğtişaşlarda 150 polis və jandarm əməkdaşı yaralanıb.
Bu barədə "Le Figaro” qəzeti ölkənin Baş naziri Sebastyen Lekornüyə istinadən məlumat yayıb.
Baş nazirin sözlərinə görə, ölkə üzrə baş verən iğtişaşlarla əlaqədar təxminən 1200 nümayişçi saxlanılıb.
Fransa Prezidenti Emmanuel Makron isə zorakılıq və dağıntılarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində yaşayış xərclərinin və qiymətlərin artmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Nümayişlərdə 500 mindən çox insan iştirak edib. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑