Dünya · Günün Səsi

Merz: “Rusiyanın dondurulmuş aktivləri Avropada qalmalıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Merz: “Rusiyanın dondurulmuş aktivləri Avropada qalmalıdır” xəbəri üçün şəkil

Merz: Dondurulmuş Rusiya aktivləri Avropanın nəzarətində qalmalıdır

Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropada dondurulmuş milyardlarla avroluq aktivlərin Avropanın nəzarətində qalmalı olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Merz bu barədə oktyabrın 15-də Brüsseldə keçirilən Avropa İttifaqı sammiti ərəfəsində danışıb.

“Bunlar Avropada dondurulmuş aktivlərdir və Avropada da dondurulmuş olaraq qalmalıdır. Bu, bizim işimizdir və qərarı da biz veririk”, – deyə kansler vurğulayıb.

“The Financial Times” qəzetinin oktyabrın 15-də məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ sülh danışıqlarını canlandırmaq məqsədilə dondurulmuş aktivlərin bir hissəsinin Vaşinqtonun nəzarətində olan xüsusi struktura köçürülməsini təklif edib.

Qəzetin yazdığına əsasən, bu təşəbbüsü ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner irəli sürüb. Lakin Avropa nümayəndələri təklifi rədd ediblər.

“Reuters” agentliyi məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın belə bir təklifdən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avro dəyərində aktivlərini dondurub. Həmin vəsaitin təxminən 185 milyard avrosu Brüsseldə yerləşən “Euroclear” mərkəzi qiymətli kağızlar depozitarında saxlanılır.

Avropanın bir sıra ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə edilməsini dəstəkləyir.

Gununsesi.info
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑