Dünya · Teleqraf

Litvada PUA səbəbindən hava həyəcanı elan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Litvada ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) səbəbindən hava həyəcanı elan edilib və NATO qırıcıları havaya qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın Milli Böhranlarla Mübarizə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT milli radiosunun efirində məlumat paylaşıb.

"Kaunas, Panevejis və Şyaulyay qəzalarında hava həyəcanı elan olunub. Əhaliyə sığınacaq tapmaq tövsiyə edilib", — deyə V.Vitkauskas bildirib.

Mərkəz rəhbərinin sözlərinə görə, Litvanın Zoknyay aviabazasında dislokasiya olunan NATO qırıcıları havaya qaldırılıb: "Onlar obyekti radarlarında təsbit ediblər. Vizual təmas qurulduqdan sonra dron məhv edilə bilər".

Hadisə ilə əlaqədar Kaunas Beynəlxalq Hava Limanı bağlanıb. Xəbərdarlıq elan olunduqdan təxminən bir saat sonra hava həyəcanı ləğv edilib. Litva qurumlarının məlumatına görə, PUA Latviya istiqamətində hərəkət edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑