Dünya · Modern.az

Göyərtəsində azərbaycanlı dənizçilərin olduğu gəmi belə xilas olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Göyərtəsində azərbaycanlı dənizçilərin olduğu gəmi belə xilas olundu
Göyərtəsində azərbaycanlı dənizçilərin olduğu gəmi belə xilas olundu

Pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan “Chelsea 3” ticarət gəmisi yedəklənərək Bolqarıstanın Burqas limanına çatdırılıb.

Modern.az xəbər verir ki, bu məlumatı Bolqarıstanın nəqliyyat və rabitə naziri Georgi Peev brifinq zamanı açıqlayıb.

Nazir bildirib ki, mürəkkəb meteoroloji şəraitə baxmayaraq, xilasetmə əməliyyatı uğurla başa çatıb.

Əməliyyatın rəhbəri, kapitan Jivko Petrovun sözlərinə görə, PUA-lar gəmiyə hər iki bortdan və arxa hissədən zərbələr endirib. Nəticədə gəminin gövdəsində ciddi dəliklər yaranıb.

Petrov qeyd edib ki, mütəxəssislər yalnız ikinci cəhddən sonra gəmiyə qalxaraq yedəkləmə troslarını bərkitməyə nail olublar. Gövdədəki zədələr suyun gəmiyə daxil olması və onun batması təhlükəsini yaratdığından yedəkləmə prosesi də çətinləşib.

Hadisə oktyabrın 13-nə keçən gecə Bolqarıstanın Byala şəhərindən təxminən 18 dəniz mili şərqdə baş verib. Malta bayrağı altında üzən “Chelsea 3” ticarət gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Gəminin 15 nəfərdən ibarət heyətinin hamısı təxliyə edilib. Onlardan 7-si Ukrayna, 8-i isə Azərbaycan vətəndaşı olub.

Xəsarət alanlardan beşi Varna şəhərindəki Müqəddəs Anna Xəstəxanasına, altıncı şəxs isə Hərbi Tibb Akademiyasına çatdırılıb.

Hadisəyə baxmayaraq, gəmi suyun üzərində qalmağı bacarıb və sonradan yedəklənərək Burqas limanına aparılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑