Dünya · Azxeber.com

Ebola təhlükəsi: Bu ölkədə 21 günlük karantin tətbiq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ebola təhlükəsi: Bu ölkədə 21 günlük karantin tətbiq edib xəbəri üçün şəkil
Uqanda Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə Konqo Demokratik Respublikasından qayıdan vətəndaşlar üçün 21 günlük karantin tətbiq edib.
"Reuters" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kris Baryomunsi oktyabrın 25-də açıqlama verib.
Nazir bildirib ki, Uqandada hazırda Ebola epidemiyası qeydə alınmasa da, qonşu ölkələrdəki vəziyyətlə əlaqədar sərhəd-keçid məntəqələrində və Entebbe Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilib.
Məlumata görə, Keniyada və Nigeriyada Ebola aşkarlanan şəxslər daha əvvəl Uqandadan keçiblər.
Nigeriyada qeydə alınan yoluxma halının genetik analizi virusun Keniyada aşkarlanan ştammla yaxın əlaqəsini göstərib. Lakin xəstələr arasında birbaşa təmas təsdiqlənməyib.
Uqanda rəsmiləri virusun mümkün yayılma yollarını araşdırdıqlarını bildiriblər.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑