Dünya · Azxeber.com

Donald Tuska qarşı sui-qəsd partlayışla törədiləcəkmiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Donald Tuska qarşı sui-qəsd partlayışla törədiləcəkmiş xəbəri üçün şəkil
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planında şübhəli bilinən şəxs artıq partlayıcı maddələr hazırlayıbmış. 
Evdə hazırlanmış partlayıcı maddələr 66 yaşlı şübhəlinin mənzilində tapılıb. O, doqquz maddə ilə ittiham olunub və hazırda məhkəməyəqədər həbsdədir.
Qeyd edək ki, Polşa Dövlət Təhlükəsizlik Xidməti əvvəlcə şübhəli ilə söhbətin səs yazısını ehtiva edən anonim məlumat alıb. 11 oktyabrda Aşağı Sileziyada 60 yaşlı bir kişi saxlanılıb. Daxili işlər naziri Marçin Kervinskinin sözlərinə görə, hakimiyyət orqanları internetdə yerləşdirilən materialların hərtərəfli təhlili vasitəsilə onu tapıblar.   ///unikal.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑