Dünya · Azxeber.com

Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyada ölüm hallarını artıra biləcək amillərdən biri açıqlandı xəbəri üçün şəkil
Antibiotiklərə davamlılıq 25-30 ildən sonra xərçənglə eyni səviyyədə ölüm səbəbinə çevrilə bilər.
TASS xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin elmi rəhbəri Stepan Kalmıkov SKIF-2026 beynəlxalq konfransı çərçivəsində bildirib.
Onun sözlərinə görə, qarşıdakı 25-30 il ərzində antibiotiklərə davamlılıq səbəbindən ölənlərin sayı xərçəng xəstəliklərindən ölənlərin sayını ötə bilər.
Antibiotiklərə davamlılıq bakteriyaların antibiotiklərin təsirinə baxmayaraq yaşamaq və çoxalmaq qabiliyyətidir. Antibiotiklərin tibbdə və kənd təsərrüfatında nəzarətsiz istifadəsi bu problemi qlobal təhlükəyə çevirib və infeksiyaların effektiv müalicəsini çətinləşdirib.
Kalmıkov biotəhlükəsizlik sahəsindəki digər ciddi təhdidlər sırasında yeni virus və bakteriyaların nəzarətsiz yayılmasını da qeyd edib.
Alim beynəlxalq elmi əməkdaşlığın vacib istiqamətləri kimi ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri, enerji və ərzaq təhlükəsizliyini göstərib. Onun fikrincə, ərzaq təhlükəsizliyi, xüsusilə Afrika və Latın Amerikası ölkələrində yoxsulluqla mübarizə ilə birbaşa bağlıdır.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑