Dünya · Azxeber.com

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi xəbəri üçün şəkil
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, Bolqarıstan Taekvondo Federasiyasının prezidenti, sahibkar və siyasətçi Slavi Binev Sofiyada öldürülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Bolqarıstan Milli Polis Baş İdarəsinə istinadən NOVA telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Binevə bir dəfə atəş açılıb. 
Hadisə yerində bir ədəd boş giliz aşkar edilib.
Mənbəyə əsasən, 60 yaşlı Binev paytaxtın Pavlovo rayonunda güllələnərək öldürülüb. 
Bildirilir ki, polisə məlumat verildikdən bir saat sonra, Sofiyadan çıxmağa cəhd edən üç şübhəli şəxs - bir Bolqarıstan  və iki Türkiyə vətəndaşı Trakiya avtomagistralında saxlanılıb. 
Onların üzərində silahlar aşkar edilib. Silahlardan biri nəqliyyat vasitəsi saxlanılmazdan əvvəl atılıb, digəri isə şübhəlilərdən birinə məxsus çantada tapılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑