Dünya · Anews.az

Paris yaxınlığındakı hücumdan sonra üç nəfər saxlanılıb, şübhəlinin həbs müddəti uzadılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paris yaxınlığındakı hücumdan sonra üç nəfər saxlanılıb, şübhəlinin həbs müddəti uzadılıb xəbəri üçün şəkil

Paris yaxınlığında törədilən silahlı hücumdan sonra baş şübhəlinin anası da daxil olmaqla onun ətrafından üç nəfər saxlanılıb. Bu barədə Fransa mediası məlumat yayıb.

​Avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə, beş nəfərin yaralanmasına səbəb olan 39 yaşlı şübhəlinin həbs müddəti uzadılıb. Yaralananlar arasında səkkiz güllə yarası alan 12 yaşlı qız uşağı da var.

​Hüquq-mühafizə orqanları şübhəlinin üzərindən kokain, qaz balonları və "Sten MK II" pulemyot-tapançası aşkarlayıblar. Faktla bağlı toksikoloji ekspertizalar təyin olunub.

​Fransa Prezidenti Emmanuel Makron hadisəni irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış terror aktı kimi qiymətləndirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑