Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub.
“Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emil” və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğu bəlli olub.
Hadisə yerindən qaçmış həmin şəxslər hazırda axtarışdadırlar.
Dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.
Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
***
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
***
Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində insidentdə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tedbirləri davam etdirilir.






