Dünya · Yeni Sabah

Bu şirkət işçilərini azaldır - Gözlənilməz qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu şirkət işçilərini azaldır -  Gözlənilməz qərar xəbəri üçün şəkil

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir.

"Yeni Sabah" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib.

İki il əvvəl, həm əsas brendin, həm komplektləşdirici hissələr istehsalı bölməsinin, həm də qrupun baş ofislərinin daxil olduğu "Volkswagen AG" şirkəti, yuxarıda qeyd olunan müddətə qədər 35 000-dən çox iş yerinin ixtisarı barədə artıq razılığa gəlib. Dominos pizza

Avtomobil istehsalçısı bütün işdən çıxarılmaların sosial cəhətdən məqbul formada həyata keçirilməsini istəyir. Bunun üçün ştatın ixtisarı, digər tədbirlərlə yanaşı, "transfer şirkətləri" adlandırılan qurumlar vasitəsilə həyata keçiriləcək. Belə bir struktura keçid etməklə işçi, məsələn, ixtisasartırma proqramları vasitəsilə yeni iş yeri tapmaqda yardım alır. Bu işçilərin əməkhaqqı xərclərinin bir hissəsini Federal Əmək Agentliyi öz üzərinə götürə bilər.

"Volkswagen" nümayəndələri vurğulayırlar ki, bu cür strukturlara keçid könüllü olmalıdır. Bu yolla məhz nə qədər işçinin ixtisar edilməsinin planlaşdırıldığı hələ ki məlum deyil. "VW" bu cür şirkətlərlə müqavilələrin müzakirəsinə noyabrın 24-də başlayacaq.

Son illər "VW" tələbatın səngiməsi, elektromobillərin satışındakı çətinliklər və Çin korporasiyalarının rəqabətinin güclənməsi səbəbindən problemlərlə üzləşir. Bu səbəbdən konsern, o cümlədən Hannover, Zvikau, Emden və Nekkarzulmdakı (sonuncu zavodda "Audi" istehsal olunur) zavodların bağlanmasını nəzərdə tutan kütləvi restrukturizasiyaya hazırlaşmağa başlayıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑