Hörmüz boğazında iri neft tankleri partlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) Hörmüz boğazından çıxarkən hücuma məruz qalıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, “Sentinel-2” peykinə aid olduğu bildirilən bir görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.





