Dünya · Azxeber.com

Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi xəbəri üçün şəkil
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla Rusiya lideri arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmanı tənqid edib və Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Merzə görə, ABŞ və Rusiya arasında dizel yanacağının ixracı ilə bağlı razılaşma Almaniya və Avropa üçün qəbuledilməzdir.
Almaniya kanslerinin sözlərinə görə, Rusiya yalnız Qərbin qətiyyətli hərəkətə keçəcəyi təqdirdə Ukraynaya qarşı müharibənin dayandırılmasını ciddi şəkildə müzakirə etməyə başlayacaq.
"Rusiya yalnız təzyiq altında ciddi danışıqlar aparacaq, ona görə də Rusiyaya qarşı sanksiyalarımızı davam etdirəcəyik", - deyə o vurğulayıb.
Merz həmçinin Rusiya qüvvələrinin Ukraynanın mülki enerji infrastrukturuna qarşı amansız hücumlarından sonra Moskvaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırıb.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑