Dünya · Axar.az

Qardaş ölkədə naməlum infeksiya: 5 min nəfər...

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qardaş ölkədə naməlum infeksiya: 5 min nəfər... xəbəri üçün şəkil

Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5 000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Tokat vilayətinin valisi Abdullah Köklü məlumat verib. Onun sözlərinə görə, hazırda 30 nəfər müalicə alır.

Qeyd olunub ki, mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər.

"İnfeksiya mənbəyinin içməli su olub-olmadığını hələ bilmirik. Səhiyyə Nazirliyində aparılan analizlərin nəticələrinə əsasən lazımi məlumatları əldə edəcəyimizə ümid edirik", - deyə qubernator vurğulayıb.

Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması məqsədilə bir günlük dayandırılan dərslər çərşənbə axşamı yerli məktəblərdə bərpa olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑