Dünya · Bizim.Media

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ xəbəri üçün şəkil

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa ölkələrini Rusiyanın hibrid hücumlarına qarşı daha sərt tədbirlər görməyə çağırıb.

Bizim.Media xəbər verir ki, “Financial Times” qəzetinə müsahibəsində o bildirib ki, Rusiyanın hibrid hücumları insan tələfatına səbəb olarsa, NATO mümkün cavab tədbirləri ilə bağlı ciddi müzakirələr aparmalı olacaq.

Sikorski Avropa ölkələrinə Rusiya konsulluqlarını bağlamağı, rusiyalı diplomatların sayını azaltmağı və onların hərəkətini məhdudlaşdırmağı təklif edib.

O, həmçinin Avropa İttifaqına daxil olan Rusiya vətəndaşlarından biometrik pasport tələb edilməsini və onlara turist vizalarının verilməsinin məhdudlaşdırılmasını təklif edib.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑